Kerri və Coli ramazan iftarı etdi - FOTOLAR, VİDEO

  • By admin
  • 21 İyun 2016 11:39

Kerry Joli0

 

ABŞ-ın dövlət katibi Con Kerri və BMT-nin qaçqınlar üzrə xüsusi elçisi Anjelina Coli Beynəlxalq Qaçqınlar Günündə müsəlmanlarla birlikdə iftar edib.

“Gununsesi.info” xəbər verir ki, o, çıxışına “Əs-Səlamu əleykum” deyərək başlayıb. Ramazan ayının müsəlmanlar üçün dəyərindən danışan Kerri daha sonra qaçqınların ABŞ üçün təhlükəli olması ilə bağlı fikirlərə toxunub:

“Bütün qaçqınları bir ölkəya yığsaq, ora dünyanın ən çox əhalisi olan 22-ci ölkəsi olar. Müəyyən nəzarət olduqdan sonra qaçqınlar ölkəmiz üçün heç bir zaman təhlükə ola bilməz. İnsanları doğulduğu ölkə və dininə görə bölmək ABŞ dəyərlərinə uyğun gəlmir. Müsəlmanlara nifrət etmək, onları hədəfə almaq terror qruplaşmalarının işini asanlaşdırmaqdan başqa bir şey deyil”.

Daha sonra çıxış edən Coli dünya ölkələrinin bu məsələdə daha çox maraqlı olmalarının vacibliyindən danışıb: “İnsanlar bərabər doğulub və eyni hüquqlara sahibdir. İnsanlar arasında fərq qoymaq demokratik ölkələrə yaraşmaz”.

Təşkil olunmuş mərasimdə axşam azanını da ABŞ ordusunda fəaliyyət göstərən müsəlman bir əsgər oxuyub.

 

Kerry Joli 2

 

Kerry Joli

 

Kerry Joli1

 

john-kerry-ve-angelina-jolie-iftara-katildi-h1466492005-28c01f

 

 

Milliyet, Qafqazinfo