Keşiş kilsədən 120 min avro oğurladı

  • By admin
  • 19 Noyabr 2018 12:26

Almaniyada keşiş kilsənin xəzinəsindən 120 min avro oğurlayıb.

Gununsesi.org Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, məlumatı Maqdeburq Yeparxiyası yayıb.

Hadisə ölkənin Saksoniya-Anhalt torpağındakı Ballenstadr şəhərində baş verib.

Bernard Qaulitta adlı vəzifəli keşiş yerli Polis İdarəsinə gedərək, kilsənin xəzinəsindən 120 min avro oğurladığını etiraf edib. Keşiş internet fırıldaqçılarının tələsinə düşdüyü üçün bu günahı işlətməyə məcbur olduğunu bildirib.

B.Qaulitta barəsində həm hüquq-mühafizə orqanlarında, həm də kilsədə araşdırma aparılır.

Gununsesi.org