Kılıcdaroğlu Ərdoğana  50 min lirə ödəyəcək

  • By admin
  • 14 İyul 2016 13:48

erdogan

 

Prezidentə qarşı işlətdiyi sərt ifadələrə görə siyasətçi 50 min lirə cərimə olundu. Gununsesi.info “Anadolu”ya istinadən xəbər verir ki, CHP lideri Kamal Kılıcdaroğlu Türkiyə parlamentində qrup toplantısında president Rəcəb Tayyib Ərdoğana qarşı işlətdiyi sərt ifadələrlə bağlı iki ayrı ittihamla məhkəməyə müraciət edilib.

Məhkəmə Kamal Kılıcdaroğlunun prezidentə qarşı işlətdiyi ifadələrə görə 50 min lirə (təqribəb 25 min dollar-red.) təzminat ödəmək barədə qərar çıxarıb. Ərdoğan Kılıcdaroğluna qarşı hər iddiada 100 min lirə mənəvi ziyan ödəməsini tələb edib. Məhkəmə hər bir iddiaya əsasən Kılıcdaroğluna qarşı 25 min –ümumilikdə isə lirə cərimə olunması barədə qərar verib.

 

Gununsesi.info