Kim Çen In qonşu ölkələri qorxudub

  • By admin
  • 18 Noyabr 2022 11:25

Şimali Koreya diktatoru Kim Çen In yeni raket sınağına baxıb.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargahından açıqlama verilib.

Məlumata görə,  Şimali Koreyanın yerli vaxtla saat 10:18-də  şərqə doğru  raket atılıb.

Yaponiya Müdafiə Nazirliyi də raketin Koreya yarımadasının qərb hissəsindən buraxıldığını təsdiqləyib.

Yaponiyanın baş naziri Kişida Fumio jurnalistlərə bildirib ki, raketin Yaponiyanın milli eksklüziv zonasına düşdüyü təxmin edilir.

Kişida Yaponiya hökumətinin Şimalın “qəbuledilməz” adlandırdığı “təxribatçı hərəkətini” pislədiyini bildirib.Yaponiyanın müdafiə naziri Hamada Yasukazu Şimali Koreyanın “görünməmiş tez-tez raket sınaqları keçirməsinə” qarşı olduğunu bildirib.

Regional gərginliyin artdığını vurğulayan nazir Həməda ölkəsinin təhlükəsizliyi üçün Şimali Koreyanın raket texnologiyalarında irəliləyişi “gözdən qaçırmaq olmaz” deyib.

 

Tərcümə:

Günay 

Gununsesi.info