Kimya Sənaye Parkında güclü yanğın baş verib - FOTO

  • Müəllif: admin
  • 03 Dekabr 2016 14:26

yangn

Türkiyənin Kocaeli vilayətinin Dilovası mahalında yerləşən Kimya Sənaye Parkında güclü yanğın baş verib.
Gununsesi.info “Hürriyet” qəzetinə istinadən verdiyi xəbər görə, Kimya Sənaye Parkında Parkının daxilində fəailiyyət göstərən bir fabrikanın anbarında yanğın baş verib. Hadisə yerinə xeyli sayda polis, yanğınsöndürən və təcili yardım briqadaları cəlb edili.
Məlumata görə, ərazidə başlayan yanğın güclü külək səbəbindən geniş əraziyə yayılıb. Yanğınsöndürənlər hələlik, yanğını tam söndürməyə müvəffəq olmayıblar. Hazırda yanğın söndürmə işləri davam edir.
Fabrikin üzərində qalxan tüstünü paytaxtın müxtəlif rayonlarından müşahidə etmək mümkün olub.
Yanğının səbəbi müəyyənləşdirilməyib. Xəsarət alanlar haqqında məlumat daxil olmayıb.
Anar
Gununsesi.info