Kimya zavodunda partlayış olub - YARALILAR VAR

  • By admin
  • 07 Fevral 2018 21:30

İtaliyanın şimalında kimyəvi tullantıların emalı zavodunda partlayış olub.

Gununsesi.info xəbər verir ki, partlayışın ardınca yanğın baş verib.

Hadisə nəticəsində 9 nəfərin xəsarət aldığı bildirilir. Yanğını söndürmək üçün əraziyə 15 yanğınsöndürən maşın cəlb edilib. Partlayışın gücündən yaxınlıqdakı bir neçə avtomobilə də zərər dəyib.

Gununsesi.info