Kliçko Kiyevdə partlayışlar barədə məlumat verib

Kiyevdə partlayış olub.

Gununsesi.info  xarici mediaya istinadən xəbər verir ki , bu barədə şəhərin meri Vitali Kliçko özünün Teleqram kanalında məlumat verib.

Daha sonra Kliçko bildirib ki, Kiyevin Dneprovski rayonunda daha bir neçə partlayış səsi eşidilib və xüsusi təyinatlılar ora gediblər. Bundan əlavə, Ukrayna mətbuatı Jitomir vilayətində partlayışlar və Odessada yeni partlayışlar barədə məlumat yayıb.

Partlayışlarla bağlı məlumatlardan sonra Ukrayna Dəmir Yolları ölkənin bir sıra regionlarında qatarların hərəkətində gecikmələr elan edilib. Xüsusilə, “İvano-Frankivsk – Kiyev” və “Kiyev – Lvov” reysləri gecikib.

Bundan əvvəl bütün Ukraynada hava xəbərdarlığı elan edilmişdi. Odessa, Vinnitsa və Vinnitsa vilayətində, Kiyev, Dnepropetrovsk və Nikolayev vilayətlərində partlayışlar qeydə alınıb.

Tərcümə : Adil Elxanoglu