Köçkünlərin məskunlaşdığı şəhərcikdə yanğın başlayıb

  • By admin
  • 10 Oktyabr 2016 10:51

yangin_esas

Bakıda məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə yanğın başlayıb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyində qeydə alınıb.

Bir-birinə bitişik iki yaşayış evində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, evlərdən biri ötən il də yanıbmış.

Gununsesi.info