Bakıda Avropa filmləri nümayiş olunacaq

  • By admin
  • 10 Oktyabr 2016 10:50

avropa

Noyabrın 3-də Bakıda VII Avropa filmləri festival başlayacaq.

Gununsesi.info xəbər verir ki,festivalda Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Belçika, Birləşmiş Krallıq, Çexiya, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Macarıstan, Portuqaliya, Rumıniya və Yunanıstanı təmsil edəcək rejissorların ekran əsərləri təqdim olunacaq.

Noyabrın 12-dək davam edəcək festival çərçivəsində tamaşaçılara komediya, dram, fantastika, macəra janrlarında bədii filmlərlə yanaşı, həm də animasiya və sənədli ekran əsərləri də təqdim olunacaq.

Gununsesi.info