Kök insanlar niyə arıqlaya bilmir? -ARAŞDIRMA

  • By admin
  • 18 Sentyabr 2022 09:03

Artıq çəkiniz varsa və arıqlamaq istəyirsizsə oxuyun.

Qida sənayesi çoxmilyardlıq dövriyyəyə malikdir. Və
sözsüz ki satışı, gəliri daha da artırmaq üçün yeni yollar
düşünürlər.
Əlbəttə ki onları sizin sağlamlığınız qətiyyən
maraqlandırmır. Qida istehsalçıları biznes iş
adamlarıdır, nəyisə düzəldəndə əsas istədikləri- mal
sürətli satılsın, dadlı olsun, iyi gözəl olsun, ona tələbat
artsın, tez xarab olmasın və s. Yəni mal üstlərində
qalmasın, pul gətirsin.
1969 cu ildə alim John Olney siçanlar üzərində tədqiqat
aparırdı və onların qidasına monosodium glutamat (
MSG) adlı maddə qatırdı. Tamam başqa şeyə görə.
Çünkü bu maddə bizim də beynimizdə var, mediatordur.
Alimin işçiləri fikir verdi ki cəmi 6 aya msg verilən
siçanlar bu dərəcədə kökəlib, obez olublar.
Sonra insanlarda da baxdılar ki bu maddəyə həssaslıq
siçandan və rezus meymunundakından dəfələrlə çoxdur.
Siçanların piylənmə səbəbini tez araşdırıb tapdılar: Sən
demə bu maddə qidaya qatılanda yeməyin dadı 8 dəfə
daha ləzzətli olur, yeyən bir də istəyir, doymur+ bu yemək
onu xoşbəxt edir, əhval ruhiyyəni qaldırır, buna görə
narkotik asılılıq yaradır. Həmin yemək olmayanda
depressiya yaranır- sanki narkotik aludəçisi lomkaya
düşür.
Əlbəttə ki bu maddənin belə xüsusiyyətlərinin kəşfi qida
istehsal edən şirkətlərin çoxdan axtardığı bir məlumat
idi. Araşdırdılar ki qidaya qatanda zəhərli deyil, insan
dərhal ölmür. Fsoo)
İndi bütün fast foodlar ( tərkibi mayonez, ketçup , soya
sousu, msg qatılmış duz və ədviyyatlar, sosiskalar,
dondurulmuş ət), çipsilər, semiçkalar, peçenyələr, bütün
konservalar, kolbasalar, satılan bütün soklar, enerji
içkiləri, limonadlar, turşular, şiriniyyatlar, şkoladlar, hətta
bəzi çörəklər, demək olar ki super marketdə paketlənmiş ,
üzərində yazı olan hər bir qidaya MSG qatılır.
Ki alasız, yeyəsiz, doymayasız. Və mütləq yenə onu
arzulayasız. Yəni sizi narkoman edirlər. Narkotik
asılılıqla eyni şeydi. Necə ki siqareti, kokaini tərgitmək
çətindi, çöldən alınan qida da bu cür təlabat verir. İndi
bildiniz niyə insanlar xoşladığı insanla kələm borşu,
qreçka yeməyə yox məhz, kortof free yanında ketcup,
pizza, kfc, sushi, dondurma kimi yeməklər yemək istəyir?
Niyə kinoya baxmağa gedəndə pop korn alırlar? İndi
bildiniz piylənmələr, artıq çəkilər, bunlarla əlaqədar şəkər
xəstələri , xərçəng, infarktlar, insultlar, hipertenziya niyə
70 ci illərdən sonra kəskin artdi? Niyə xəstəxanalar
doludu xəstə ilə?
İndi bildiniz niyə arıqlaya bilmirsiz? İndi bildiniz niyə
dəfələrlə deyirəm restoranda yox , ancaq ev yeməyi
yeyin?
İndi bildiniz niyə deyirəm adi sudan başqa heç nə
içməyin? Bu siçan kimi tompiş olmaq istəmirsizsə əməl edin.

Şahin Mənmədov