Komitə sədri baş nazirə və maliyyə nazirinə çağırış etdi: "Teatrların bağlanamsına yol vermək olmaz"

  • Müəllif: admin
  • 01 Dekabr 2016 12:20
refael
“İqtisadiyyatın dağılmış sahəsini qısa zamanda bərpa etmək olar. Ancaq təhsil və mədəniyyətin dağılmasını bərpa etmək üçün uzun illər tələb olunur”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov parlamentin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə,  dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da büdcə formalaşdırılarkən mədəniyyət sahəsinə ənənəvi baxış var. “Ancaq onu da bilməliyik ki, müdafiə sahəsi ölkə üçün nə qədər əhəmiyyətlidirsə və ona hansı diqqət göstərilirsə, mədəniyyətə də o qədər diqqət ayrılmalıdır. Mədəniyyət də o qədər ölkə üçün əhəmiyyətlidir. Yəni mədəniyyət ölkənin, xalqın simasıdır . O baxımdan da büdcə formalaşdırılarkən mədəniyyətə ənənəvi yanaşmadan əl çəkməli, bu sahəni önə çəkməli və bu  sahəyə diqqət yetirməliyik”- deyə, komitə sədri deyib.
R. Hüseynov deyib ki, düzdür  büdcəni  hansı şəraitdə hazırlanmasını anlayıram, ancaq bir daha deyirəm. Mədəniyyətə diqqət ayrılmalıdır: “Ona görə ki, bu sahə digrə sahələrdən ciddi fərqlənir. Baxın ölkə başçısı uzun illər  diqqətdənkənar olan pambıqçılıq sahəsinin inkişafına göstərdiyi qayğı nəticəsində qısa zamanda bu sahədə uğurlar əldə edildi. Hazırda bu sahənin daha da inkişaf etdirilməsi üçün müasir texnologiyalara əsasında zavodlar tikilir. Lakin mədəniyyət, təhsil və elm sahəsi belə deyil. Çünki iqtisadiyyatda yaranan problemi, çatışmazlığı, sınıqlığı qısa zamanda bərpa etmək olur. Ancaq təhsil və mədəniyyət sahəsində belə vəziyyət yarandıqda bunu qısa zamanda bərpa  etmək mümkün olmur. Əgər təhsil və mədəniyyət sahəsindəki sınıqlar, problem yaranarsa, bunu bərpa etmək üçün uzun illər lazım olur. Necə ki, Hüseyn Cavid deyib: “qılınc ölkə üçün nədirsə, mədəniyyət  də ölkə  üçün o qədər vacibdir”- deyə, o bildirib.
Komitə sədri onun da əlavə edib ki, maliyyə naziri Samir Şərifov və Baş nazir Artur Rəsizadə mədəniyyətə bağlı nəsillərdən çıxıblar və onlar mədəniyyət sahəsinə vəsait ayrılarkən, bu məsələni nəzərə almalıdırlar. “Düşmənlərimiz torpaqlarımızı işğal etməzdən öncə, mədəniyyətimiz işğal ediblər. O baxımdan da nə musiqi məktbələri, nə də teatrlar bağlanmalıdır. Buna yol vermək olmaz. Mədəniyyət ocaqlarının bağlanması ölkədə mədəni düşüncənin formalaşmasına mənfi təsir göstərir. Teatrın bağlanmasına da yol vermək olmaz. Onsuz da onlar cüzi miqdarda maaş alırlar və onlar peşələrinin fanatlarıdırlar. Mədəniyyət sahəsində hansısa, sınıqlığa yol vermək və onları bu sahədən ayrımağımızla əksinə biz mədəniyyətə zərbə vurmuş olacağıq. Bir daha təkrar edirəm ki, bu sahədə qırılma olanda mütəxəssisi qısa zamanda yetişdirmək mümkün deyil. Odur ki, bu sahəyə diqqət yetirilməlidir. Onlara lazımi səviyyədə vəsait ayrılmalıdır”- deyə, komitə sədri qeyd edib.
Mürtəza
Gununsesi.info