Komitə sədrindən etiraf - AZƏRBAYCAN BÜDCƏSİ SOVET PRİNSİPLƏRİ ƏSASINDA HAZIRLANIR

  • By admin
  • 07 Noyabr 2017 13:32
“İş adamlarının fəaliyyəti üçün ölkədə normal şərait yaradılmalıdır”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda qanunvericilik sahəsində iş adamalrının normal fəaliyyəti üçün xeyli qanunlar qəbul edilsə də ortada nəticə yoxdur: “Hələ ölkə başçısının bu sahədə imzaladığı qərarları və sərəncamları demirəm. Odur ki, iş adamlarının fəaliyyəti üçün şərait kağız üzərində deyil. Real formada şərait yaradılmalıdır. Xüsusən də orta sahibkarlığın inkişafı üçün. Düzdür, elə sahibkarlar var ki, onların fəaliyyətinə imkan verilməməldir. Çünki onların nə işlə məşğul olduğu bəllidir”.
Bank sektorundakı vəziyyətə toxunana komitə sədri deyib ki, neçə ildir Beynəlxalq Bankın və digər bankların sağlamlaşdırılması istiqamətində fikirlər səslənsə də, işlər görülsə də, bu sektor sağlamlaşmır ki, sağlamlaşmır:
“Bir neçə adamlar illər boyu zəhmət hesabına qurulan sektoru bir gündə məhv etdilər. Nəticədə insanların banklara inamı azalıb. İnsanların banklara inamını bərpa etmək üçün ciddi islahatlar aparılmalıdır. Lazımdırsa, bu sahəyə dövlət büdcəsindən əlavə vəsait ayrılsın ki, bank və maliyyə kredit siyasəti sağlamlaşdırılsın”.
Komitə sədri eyni zamanda, büdcənin strukturunda ciddi islahatların aparılmasını təklif etdi. S.Novruzov bildirib ki, Azərbaycan büdcəsi keçmiş sovet prinsipləri əsasında hazırlanır: “20 ildir ki, eyni şeyi eşidirik ki, filan yerdən bu qədər gəlir gəldi, filan yerə bu qədər xərcləndi. Büdcə təkcə gəlir və xərcləri hesablamaq üçün deyil. Büdcə eyni zamanda, hansısa sahədə işlərin necə aparılması ilə bağlı təklifləri verilməlidir. Ona görə də büdcə müasir dövrün tələblərinə uyğun şəkildə hazırlanmalıdır”.
O əlavə edib ki, bu gün dünya iqtisadiyyatı Marks, Lenin, Engels prinsipləri əsasında formalışdırılmır ki, biz də ona uyğun şəkildə hazırlayaq: “Ona görə də, büdcə strukturunda islahatlar aparılmalıdır”. 
S.Novruzov eyni zamanda, tikinti işlərinin aparılmasında da bir nizam-intizamın yaradılmasını təklif etdi. 
Məktəblərin tikintisi ilə bağlı problemlərə toxunan S.Novruzov bildriib ki, bir sıra hallarda lazımsız yerdə məktəb tikilir, amma lazımi yerdlərdə tikilmir: “Elə məktəb var ki, orada 3-4 növbəli tədris keçirilir. Məktəblər bax belə yerlərdə tikilməlidir”.
Mürtəza
Gununsesi.info