“Konyaspor”un baş məşqçisi istefaya göndərildi - SƏBƏB

  • By admin
  • 04 Mart 2018 22:48

“Konyaspor” baş məşqçi Mehmet Özdiləklə yollarını ayırıb.

Buna səbəb komandanın uğursuz çıxış etməsidir.

Superliqanın XXIV turunda doğma azarkeşləri önündə “Yeni Malatyaspor”a məğlubiyyət (0:1) rəhbərliyin səbr kasasını daşırıb. Nəticədə rəhbərlik təcili iclas keçirərək, Özdiləki qovmaq qərarına gəlib.

Qeyd edək ki, “Konyaspor” 24 turdan sonra 21 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.