Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreyanın nüvə silahi sınaqlarını nəzarət altın alan ABŞ-ın qarşılaşdığı mənzərə hər kəsin təəccübünə səbəb olub. Görüntülərdə Şimali Koreyalıların həmin ərazilərdə voleybol oynaması öz əksini tapıb.
Son zamanlar Şimali Koreya ilə ABŞ arasında gərginlik günü-gündən artmaqdadır. Asiya ölkəsinin həyata keçirdiyi nüvə silahı sınaqları ABŞ prezidenti Donald Trampı narahat edir. Bu səbəbdən ABŞ Şimali Koreyanı peyklər vasitəsilə izləyir. Peykin çəkdiyi görüntüləri araşdıran ABŞ-ın səlahiyyətli şəxsləri gördüklərinə reaksiyasız qala bilməyiblər. Bu görüntülərdə bir qrup insanın nüvə silahının sınaqları üçün nəzərdə tutulmuş ərazilərdə voleybol oynaması açıq-aydın əks olunub. İşin ən qəribə tərəfi isə odur ki, ABŞ bir neçə ərazidə eyni anda müxtəlif voleybol matçlarının getməsi ilə qarşılaşıb.
NİGAR
Gununsesi.info