Xarici KİV-lər bildirir ki, yüksək hərarət, davamlı öskürək və nəfəs darlığı simptomları siqaret çəkənlər üçün daha böyük təhlükəyə səbəb olur.

Aparılan tədqiqatlar göstərib ki, siqaret çəkənlərdə Covid-19 simptomu çəkməyənlərə nisbətən 50% daha yüksəkdir. Mütəxəssislər çoxsaylı simptomların inkişafının daha ağır infeksiyalara yol açdığını deyir.

Hətta siqaret çəkən insanlar Covid-19-a yoluxarsa onların xəstəxanada müalicə olunma müddəti də uzun çəkə bilər.

Bu səbəbdən mütəxəssislər xüsusi ilə pandemiya dövründə siqareti ya tərgitməyin ya da istifadəsini azaltmağın labüdlüyünü irəli sürürlər.