Koronavirus laboratoriyada hazırlanıb, Çin idarə edir - İDDİA

  • By admin
  • 16 Sentyabr 2020 09:07

 

Virusoloq Covid-19-un insan tərəfindən laboratoriyada hazırlandığını iddia edir.

Gununsesi.info  Nyu-York Post-a istinadla xəbər verir ki, Honq Konq Sağlamlıq Məktəbinin keçmiş tədqiqatçısı Dr. Li-Meng Yan koronavirusun Vuhan laboratoriyasında hazırlandığını söyləyib.

Onun iddialarına görə, virusun hazırlanması 6 ay vaxt aparıb. Yan, həmçinin virusun Çin hökuməti tərəfindən idarə olunduğunu iddia edib.

Vuhan Virologiya İnstitutunun direktoru Yuan Zhiming virusun laboratoriyadan yalnışlıqla yayılması ilə bağlı iddiaları təkzib edib.
Koronavirus laboratoriyada hazırlanıb, Çin idarə edir - İDDİA