Avropa İttifaqı Lukaşenkanı prezident kimi tanımadığını bəyan etdi - GƏLƏN HƏFTƏ SANKSİYALAR GÖZLƏNİLİR

  • By admin
  • 16 Sentyabr 2020 09:02

 

Avropa İttifaqı Belarusda hakimiyyətini qoruyub saxlamağa çalışan Alyaksandr Lukaşenkanı ölkənin legitim prezidenti kimi tanımadığını bəyan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə bəyanatı ittifaqın xarici işlər komissarı Josep Borrell sentyabrın 15-də verib.

Cənab Borrell Avropa Parlamenti qarşısında çıxışında deyib ki, avtokrat Lukaşenkanı yenidən prezident etmiş 9 avqust seçkisi dələduzluqla keçirilib.

Belarus müxalifətinin lideri kimi tanınan Svyatlana Tsixanovskaya Lukaşenkanı seçkini saxtalaşdırmaqda ittiham edir.

Seçkinin rəsmi nəticələrinə görə ölkəyə 26 ildir ki, liderlik edən Lukaşenka səslərin 80 fazini qazanıb. Lakin müxalifət onun reallıqda 3 faizə sahib olduğunu iddia edir.

Belarusda seçki nəticələri elan ediləndən bəri Lukaşenkaya qarşı yüz minlərlə belarusun qatıldığı kütləvi etiraz aksiyaları davam edir.

Lukaşenka hakimiyyəti etirazçılara qarşı hüquq-mühafizə orqanlarının zorakılığından istifadə edir.

İndiyədək minlərlə etirazçı saxlanıb, döyülüb və işgəncələrə məruz qalıb.

ABŞ və Avropa İttifaqı dinc nümayişçilərə qarşı zorakılığı qətiyyətlə pisləyib.

Sanksiyalar gələn həftə ola bilər

Cənab Borrell bu barədə deyib:

“Vəziyyət bizə aydındır. Biz 9 avqust seçkisini fırıldaq hesab edirik. Biz Lukaşenkanı Belarusun legitim prezidenti kimi tanımırıq”.

Avropa İttifaqı bundan əvvəl də Lukaşenkanın yenidən prezident seçilməsinin legitimliyini tanımadlığını bildirmişdi.

27 ölkədən ibarət ittifaq seçkini saxtalaşdıranlara və etirazçılara divan tutanlara qarşı sanksiyalar hazırlayır.

Lakin Avropa diplomatları bildirirlər ki, Belarusa qarşı sanksiyaları Kipr bloklayır.

Kipr Belarus üzərinə sanksiyaları dəstəkləməsi üçün Aralıq dənizində neft-qaz axtarışı aparan Türkiyənin də üzərinə sanksiyalar qoyulmasını şərt kimi irəli sürür.

Buna baxmayaraq Borrell Avropa İttifaqını gələn həftə Brüsseldə keçiriləcək sammitdə Belarusa qarşı sanksiyaları qəbul etməyə çağırıb.

 

Gununsesi.info