Koronavirusla bağlı dünyada

  • By admin
  • 12 May 2022 09:03

Son 1 həftə ərzində dünyada koronavirusa 3,5 milyondan çox insan yoluxub, 12 mindən çox insan dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı həftəlik məlumatda deyilir.

Qeyd olunur ki, əvvəlki həftə ilə müqayisədə yoluxanların sayı 12%, ölənlərin sayı isə 25% azalıb.

Belə ki, təşkilata 3 546 069 yoluxma və 12 025 ölüm halı barədə məlumat daxil olub.

Həftə ərzində yoluxanların sayında ən böyük artım ABŞ-da qeydə alınıb – 451 414 nəfər.

Gununsesi.info