Koronavirusla mübarizə aparan həkim - YÜZ MİNLƏRLƏ İNSANIN BU ADDIMI VİRUSUN GENİŞ YAYILMASINA SƏBƏB OLACAQ

  • By admin
  • 15 İyul 2020 08:40

 

Azərbaycanda COVİD-19 pandemiyasının kütləvi yayılmasına qarşı mübarizənin getdiyi bir məqamda dünən gecə Bakı küçələrində yaşananlar virusun yayılma riskini artırdı.

Bunu Gununsesi.org-a Bakıda koronavurisa yoluxmuş xəstələrin müalicəsi ilə məşğul olan həkim Xəyal Nərimanzadə söyləyib.

“Küçələrə çıxıb,şəhidlərimizi anmaq,bir olmaq çox qürurvericidir. Ancaq sosial məsafə saxlanılmadı, maskadan istifadə edilmədi. Dünən yüz minlərlə insanın heç bir məsafə saxlamadan küçə yürüşü etməsi xəstəlik riskini kəskin sürətdə artırdı. Yaxın günlərdə bunun ağırlığını hiss edəcəyik. Unutmamalıyıq ki, bizə  cəbhədə döyüşməyə sağlam insanlar lazımdır”.

Günay Mahirqızı

Gununsesi.org