Koronavirusun qeydə alınmadığı Türkmənistanda vaksinasiya məcburi oldu

  • By admin
  • 08 İyul 2021 09:47

Türkmənistanda 18 yaşından yuxarı vətəndaşların COVID-ə qarşı vaksinasiyası məcburi elan edilib.

Gununsesi.info xəbər verir ki, artıq ölkəyə Rusiya istehsalı olan “Sputnik V” və “Epivakkoron”, eləcə də Çin istehsalı olan “CoronaVac” peyvəndləri gətirilib.

Qeyd edək ki, Türkmənistanda rəsmi olaraq koronavirusa yoluxma halına rast gəlinməyib.

Bu baxımdan ölkə Şimali Koreya ilə birgə dünyanın nadir dövlətlərindən biridir.