Korrupsiyaya qarşı Mübarizə İdarəsi onu da saxladı

  • By admin
  • 22 Yanvar 2021 22:51

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışovun Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. 

Gununsesi.info bildirir ki, Baş Prokurorluğun Mətbuat xidməti “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.

Qeyd edək ki, bu gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Masallı rayon xəstəxanasında da əməliyyat keçirilib. Əməliyyat zamanı xəstəxananın baş həkim Cəlil Nəzərov və baş mühasib Sətulla Məmmədov saxlanılıb.

 

Gununsesi.info