
Kosova Prezidenti Vjosa Osmani Türkiyənin Qəhrəmanmaraş şəhərində yaşanan dəhşətli zəlzələ səbəbi ilə ölkəsində 1 günlük yas elan etdiyini açıqlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Prezident Vjosa Türkiyəyə dəstəyini ifadə edərək bunları deyib:
“Bu cür faciələr qarşısında dəstəyi olanların yanında olmalıyıq. Türkiyə və Suriya xalqının acısı bizim də acımızdır. Bu səbədən, qanuni səlahiyyətlərimə istinadən, Kosova Cühuriyyətində 8 fevralı Milli Yas Günü elan etdim”.
Bu gün – 8 fevral Kosovada Milli Yas Günü qeyd edilir.
Tərcümə: Arzu Sayadoğlu