Kraliçanın yubiley mərasimində əsgərin ürəyi getdi  - VİDEO, FOTOLAR

  • By admin
  • 13 İyun 2016 14:58

birthay king

 

Böyük Britaniyada kraliçanın yubiley tədbiri zamanı yaddaqalan insident yaşanıb. Gununsesi.info “Daily Mail”-ə istinadən xəbər verir ki, hadisə 90 yaşını tamamlayan İngiltərə kraliçası II Yelizavetanın təntənəli doğum günündə zamanı baş verib. Çoxsaylı dövlət rəsmilərinin, tamaşaçıların və turistlərin izlədiyi yubiley zamanı Kral Mühafizə Xidmətinin əsgərlərindən biri yıxılaraq ürəyi gedib. Kənardakılar hərbçiyə yardım etməyə çalışsalar da, onu ayıltmaq mümkün olmayıb. Daha sonra özündən gedən əsgər mühafizəçilərin köməkliyi ilə ərazidən uzaqlaşdırılıb və mərasim özü işinə davam edib.

 

Qeyd edək ki, hazırki kraliça II Yelizaveta 63 ildir ki, taxtdadır. Kraliça İngiltərə tarixində ən uzun müddətli monarx sayılır. O, 21 aprel 1926-cı ildə doğulub. 1748-ci ildən bu günədək İngiltərədə monarxların doğum günləri həm doğulduqları gün, həm də iyun ayının ikinci həftəsində keçirilir. 

Arzu Səyyad

 

352A5DF700000578-3638065-image-m-30_1465768886644 - копия

 

352A33AD00000578-3638065-image-m-28_1465768710002 - копия

 

352B55FC00000578-3638065-image-m-33_1465768912356 - копия

 

352A35DE00000578-3638065-Boisterous_Two_year_old_Prince_George_grinned_and_saluted_and_th-m-35_1465769195702 - копия

 

 

https://www.youtube.com/watch?v=2W_nOI0crRk