Kredit borcunuza görə yaxınlarınıza məlumat verilə bilərmi?

  • Müəllif: Orxan
  • 08 Avqust 2025 10:58

Tez-tez insanlar şikayət edir ki, onlar kredit borcunu gecikdirəndə qohumlarına zəng edilir və bu barədə məlumat verilir.

Bəs bu, qanunidirmi?

Hüquqşünas Uğur Əliyev Gununsesi.info-ya bunun qanunsuz olduğunu bildirib:

“Kredit götürən şəxsin maliyyə sirrləri ikinci bir tərəfə ötürülməməlidir. Bu, kommersiya sirrinin pozulmasıdır, kredit təşkilatının etdiyi bu addım kredit götürən şəxs tərəfindən mübahisələndirilə, təzminat üçün məhkəməyə verilə bilər”.

Orxan

Gununsesi.info