Matviyenko: “Ərdoğanın məktubu münasibətlərin normallaşdırılması üçün təməl ola bilər”

  • By admin
  • 28 İyun 2016 10:49

Valentina Matviyenko

 

HTML tutorial

Moskvadan Ərdoğanın məktubuna reaksiya Rəcəb Tayib Ərdoğanın Vladimir Putinə ünvanladığı məktub Ankara ilə Moskva arasındakı əlaqələrin normallaşması üçün təməl ola bilər. Gununsesi.info rus mediasına istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış edib.

“Ərdoğanın üzr istəməsi gecikmiş addım olması, olmamasından daha yaxşıdır. Bu müddət ərzində qarşılıqlı münasibətlərimizə mənfi təsirlər göstərdi. Keçmiş inam itirildi. Amma bütün bunlara baxmayaraq, bu məktub Rusiya-Türkiyə münasibətlərinin normallaşması üçün təməl daşı ola bilər”, – deyə Matviyenko vurğulayıb.