
Rusiya Ukraynaya atılan ballistik raketlə bağlı açıqlama verib. Kreml, atışdan əvvəl ABŞ-ı məlumatlandırdıqlarını açıqladı.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, açıqlamada, gərginliyin azaldılması məsələsi hələ də gündəmdədir və Rusiyaya qarşı hücumlarda iştirak edən Qərb ölkələrinin düşüncəsiz hərəkətlərinin cavabsız qalmayacağı vurğulanıb.
Moskva administrasiyası səlahiyyət müddətini başa vurmaq üzrə olan ABŞ prezidenti Co Baydenin müharibəni qızışdırmağa çalışdığını iddia edib.
Ukrayna ötən gün Rusiyanın qitələrarası ballistik raket atdığını, Rusiya isə orta mənzilli hipersəs raketi buraxdıqlarını açıqlamışdı.
Orxan Saffari