
“Bəşər Əsəd Moskvanın marionetkasıdır, bunu Rusiya prezidenti Vladimir Putinin Suriyaya səfəri zamanı da müşahidə etdik. Birincisi, Putinin təyyarəsi Dəməşqə yox, Rusiyanın hərbi bazasına endi və Suriya prezidenti Bəşər Əsədi həmin bazaya gəlib onu qarşılamağa məcbur oldu. İkincisi, Putin mikrofona yaxınlaşıb həbrçilərini salamlayarkən rusiyalı adi zabit Suriya prezidentinin qolundan tutaraq Putindən aralı dayanmağı əmr etdi”.
Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Əsəd güclərinin Afrinə girməsi ilə bağlı səslənən fikirlərə mövqeyini açıqlayarkən deyib.
Politoloqun fikrincə, Afrində kürdləri Bəşər Əsədə bağlı güclərlə əvəz edilməsi ideyası Suriya rejiminə deyil, Moskvadakı dərin dövlətə aiddir: “Kreml bununla Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın nəbzini yoxlamaq istəyirdi. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bugünkü açıqlamasında dedi ki, Afrin məsələsində Ankara ilə Dəməşq razılığa gəlməlidirlər (?!)”.
Ərdoğan da qorxmadı, onun “Afrində Bəşər Əsədin qüvvələri olsa belə şəhərə daxil olacağıq” deməsi Kremli Əsədə “stop” əmri verməsiylə nəticələndi: “Afrinə daxil olmaq istəyən Əsəd gücləri Türkiyə ordusunun ilk xəbərdarlıq atəşindən sonra geri çəkildilər. Türkiyə bu bölgəyə uzun müddətə gəlib”…
Gununsesi.info












