Kreml Putin-Ərdoğan görüşünün müzakirə mövzularını AÇIQLADI

  • By admin
  • 10 Noyabr 2017 17:00

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Soçidə görüşəcəklər.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki,  Kremlin mətbuat xidməti iki liderin terrorçuluğa qarşı mübarizə və Suriyadakı vəziyyəti müzakirə edəcəkləri barədə məlumat yayıb.

“Noyabrın 13-də Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçiyə işgüzar səfərə gələcək. Regional və beynəlxalq problemlər, o cümlədən Suriya münaqişəsinin nizamlanması və terrorçuluğa qarşı birgə mübarizə barədə fikir mübadiləsi aparılacaq”, – deyə Kremlin mətbuat xidmətindən bildirilib. O da qeyd olunub ki, prezidentlər ikitərəfli əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsi, enerji sahəsində əməkdaşlıq məsələlərini də müzakirə edəcəklər.

Gununsesi.info