YUNESKO-ya yeni baş direktor təyin edildi

  • By admin
  • 10 Noyabr 2017 16:55

Fransanın keçmiş mədəniyyət naziri Odre Azule YUNESKO-nun baş direktoru vəzifəsinə seçilib.

Gununsesi.info trend-ə istinadən xəbər verir ki, onun namizədliyini YUNESKO Baş Konfransının iştirakçılarının böyük əksəriyyəti dəstəkləyib.

Qeyd edək ki, 45 yaşlı fransalı sabiq nazir bu vəzifədə İrina Bokovanı əvəz edəcək.

Xatırladaq ki, İ.Bokova 2009-cu ildən YUNESKO-nun baş direktoru vəzifəsində çalışıb.

Gununsesi.info