Kreml TƏSDİQLƏDİ: GƏLƏN HƏFTƏ ÜÇLÜ GÖRÜŞ OLACAQ

  • By admin
  • 07 Noyabr 2021 17:25

Kreml Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında danışıqlara hazırlığı təsdiqləyir.

Gununsesi.info  xəbər verir ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının görüşü videokonfrans formatında keçiriləcək.
Kreml gələn həftə Rusiya, Ermənistan və Azərbaycan liderləri – Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyevin üçtərəfli görüşünün keçirilməsi planını təsdiqləyib.
“Bəli, doğrudan da, belə bir görüş hazırlanır və o, videokonfrans formatında hazırlanır”, – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İnterfaks”a bildirib.
Bundan əvvəl “Rossiya-1” (VGTRK) telekanalı xəbər vermişdi ki, gələn həftə üç ölkə liderinin iştirakı ilə Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanmasının ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsi istisna edilmir.
Bu arada, oktyabrın 22-də “Aliq Media” Ermənistan və Azərbaycanın noyabrın 9-da Moskvada iki yeni sənəd imzalayacağı barədə məlumat yayıb. Ertəsi gün RİA Novosti də öz mənbələrinə istinadən liderlərin Moskvada mümkün görüşü barədə yazıb. Qeyd olunub ki, noyabrın birinci ongünlüyündə Moskvada Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü baş tuta bilər. Qəzetin məlumatına görə, danışıqlardan sonra üçtərəfli bəyanatların imzalanması gözlənilir. Sənədlərdən biri Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası, digəri isə regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı olacaq.

Gununsesi.info