Kremldən İsrailin zərbəsinə cavab: Uzaq olun

  • By admin
  • 27 Aprel 2017 22:50

 peskov

 

Regionda gərginliyi artıracaq təxribatlardan uzaq durulmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov İsrailin Dəməşq Hava Limanına endirdiyi aviazərbə ilə bağlı açıqlama verərkən deyib.

“Suriyanın suverenliyinə hörmət edilməsinin tərəfdarıyıq. Əvvəldən bildirdiyimiz kimi, gərginliyi artıran təxribatlardan uzaq olmalıyıq”, – Rusiya rəsmisi bildirib.

Qeyd edək ki, bu gün Dəməşq aeroportunda İranın göndərdiyi və Hizbullaha məxsus silah anbarı İsrailin hava zərbəsi ilə məhv edilib.

 

Gununsesi.info