
Rusiya ilə Krımı birləşdirəcək Kerç körpüsünün tikintisi dayandırılıb. Avropa.info xəbər verir ki, “Forbes”un məlumatına görə, körpünü tikən Arkadi Rotenberqin “Stroyqazmontaj” şirkətinə axırıncı dəfə maliyyə keçən ilin dekabrında ayrılıb. Bu il üçün nəzərdə tutulan 65,4 milyard rublluq yardım bürokratik proseduralara görə gəlib çıxa bilməyib.
Avans xərclənib, tikinti meydanında isə tikinti materialları çatmır.
Şirkət materialların baha olması ucbatından tikintini davam etdirə bilmir.
Məsələ ilə bağlı Rusiya Nəqliyyat Nazirliyinə bildiriş göndərilsə də, problem həll olunmaz şəkildə qalıb.