Kremlin “sülh” planının qaranlıq məqamları - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 18 Noyabr 2017 11:08
İstər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın  Rusiya prezidenti Putinlə Qarabağ məsələsinin müzakirəsini şərh etməsi, istərsə də xarici işlər naziri Elmar Məmmədyarovun noyabrın 16-da Moskvada ATƏT MQ həmsədrləri ilə görüşün yekunu ilə bağlı verdiyi müsahibə göstərir ki,  münaqişənin tənzimlənməsi ilə məşğul olan həmsdər ölkələr, xüsusən də Rusiya Qarabağ probleminin həllində maraqlı deyil. Ərdoğan Soçidə Putinlə Qarabağ məsələsinin müzakirə etdiyini və Rusiyanın bu məsələyə mövqeyini şərh etməsi bunu bir daha  sübut edir.
Ərdoğan deyib ki, Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik: “Rusiyanın Ermənistana təsiri var.  Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var. Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Putin bunun mümkün olduğunu hesab edir, lakin, fikrimcə, çox da ümidli deyil”. Ərdoğan bununla demək istəyib ki, Qarabağın açarı Rusiyada olsa da, Kreml münaqişəni həll etmək niyyəti yoxdr və bunda maraqlı da deyil. Rusiya  problemi ancaq və ancaq öz milli təhlükəsizlik maraqları çərçivəsində çözməkdə maraqlıdır. Bu çözüm planı nə  beynəlxalq hüquq normaları, nə də ədalət prinsipi əsas götürülür, burada  prinsip kimi yalnız  Rusiyanın maraqlarına uyğun gəlməlidir. Vəssəlam.
Məhz elə ona görə də  Ərdoğanın  Putinlə Soçi görüşündən öncə Rusiyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra şərtləri mediada səsləndi. Bunlar  Azərbaycannın  Avrasiya İqtisadi Birliyinin üzvü olması; Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olması; Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməsi barədə şərtləridir. Şərtlər bununla da bitmir. Digər şərtlərdə çübhəsizdir. Lakin bunlardan xəbərsizik. Bircə onu deyə bilərik ki,  bu təkliflərin olduğu yəqindir. Bundan əlavə Rusiya  Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunması müqabilində Ermənistanında  maraqlarının təmin olunmasını şərt kimi irəli sürür. Hansı ki,   bu şərtlərə əsasən Ermənistana qarşı  tətbiq edilən blokada aradan qaldırılır və Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan əlaqələri bərpa olunur. Azərbaycan üzərindən Ermənistan-Rusiya münasibətləri bərpa olunur. Rusiya silahları Azərbaycan üzərindən keçməklə işğalçı Ermənistana rahat gedir. Göründüyü kimi bu şərtlər  Azərbaycan üçün çox ağir, milli və təhlikəsizlik maraqlarına ciddi zərbə olduğundan qəbul edilməzdir. Bu Qarabağ probleminin  həllinin sonzuluğadək konservləşdirilməsi deməkdir. Bu Ermənistanın işğalçılıq siyasətini möhkəmləndirməsi deməkdir. Moskvanın bu şərtləri Azərbaycanın deyil, İrəvanın maraqlarına xidmət edir. Ona görə də Rusiyanın bu şərtlərini yaxına buraxmır və mövcud şərtlər daxilində davam etdirlməsinə çalışır. Lakin Kreml bu niyyətini rreallaşdırmaq üçün davamlı olaraq Bakıya  diplomatik və digər formalarda təzyiqlərini edir. Bakı isə israrla müqavimət göstərir. Çünki Bakı yaxşı anlayır ki, Kremlin bu şərtləri hansı nəticələrə gətirib çıxara bilər.  Azərbaycan onu da yaxşı  bilir ki, indiki şərtlər daxilində danışqıalr prosesinin davam etdirilməsi və Qarabağ məsələsini aktiv formada gündəmdə saxlamaq mümkündür. Digər əsas məqam isə müəyyən əlverişli şəraitdə hərbi gücdən istifadə etməklə torpaqları işğaldan azad etmək ümidi var. Ancaq Rusiyannın təklif etdiyi variantda münaqişənin konservləşdirilməsinə və passiv danışıqlarla  prosesi sonsuzluğadək davam etdirməkdir.  Bu da ancaq Ermənistanın, Rusiyanın və ermənilərin digər havadarlarının marağına uyğun olan məkrli bir plandır.
 
O zaman sual oluna bilər ki, onda niyə Rusiya danışıqlar prosesində belə aktivlik nümayiş etdirir. Rusiyanı buna vadar edən nədir? Burada bir neçə məqama diqqət yetirmək lazımdır. Birincisi, Rusiya aktivlük nümayiş etdirməklə danışıqlar prosesini öz monopoliyasında saxlamağa  və  proseslərin nəzarətdən çıxmamasına çalışır. İkincisi, münaqişə vasitəsi ilə bacardıqca tərəfləri öz nəzarətində  saxlayıb, bölgədə hərbi-siyasi, iqtisadi  mövqeyini möhkəmləndirməkdir. Necə deyərlər Moskva bu yolla öz imperiya niyyətlərini bərpa etmək istəyir.
Digər bir məqam isə bölgədə müharibənin alovlanmaması, yəni  aprel döyüşlərinin təkrarlanmamasına, mövcud status-kvonun qorunmasına nail olmaqdır. Rusiya bilir ki, aprel döyüşləri təkrarlanarsa, o zaman münaqişə iki ölkə çərçivəsindən çıxıb regional və regionlararası bir münaqişəyə çevrilmək təhlükəsi var. Yəni müharibənin alovlanması nəticəsində prosesə digər regiona və dünya ölkələri  cəlb oluna bilər. Artıq bununla bağlı istər Rusiya, istərsə də beynəlxalq ekspertlərin səsləndirdiyi fikirlər mövcuddur.  Bununla belə Azərbaycan tərəfi də dəfələrlə bəyan edib ki, səbrin də bir həddi var və  sülh  danışıqları nəticə vermədikdə  hərb yolu iləhəll edəcəyini bəyan edib. Baxmayaraq ki, beynəlxalq güclər bunun əleyhinə çıxır, ancaq günün birində bu hadisə baş verə bilər. Və bu ehtimal çox böyükdür. Çünki Azərbaycan nəticəsiz danışıqlar yox, nəticəli sülh danışıqlarının tərəfdarıdır. Azərbaycan getdikcə bu istiqamətdə  daha sərt  şəkildə mövqelərini ortaya qoymaqdadır. Ya sülh, ya da hər yolu ilə həll variantını. Sülh yolu üçün münaqişənin tənzimlənmsi ilə məşğul olan  ATƏT MQ həmsədr ölkələrinin Ermənistana  təzyiq edərək işğalçılıq siyasətindən əl çəkərək, işğal etdiyi torpaqları azad etməlidir. Əgər vasitəçilər bunu etmək istəmirlərsə, o zaman hərb variantı işə düşməlidir. Elə Elmar Məmmədyarovun noyabrın 16-da Moskvada  ATƏT MQ həmsədrləri ilə keçirdiyi görüşün yekunları ilə bağlı verdiyi açıqlama buna işarədir. Yəni Azərbaycan XİN başçısı diplomatik ifadələr və  jestlərlə buna işarə edib. Elmar Məmmdəyarovun;- “mən danışıqlarda hansısa irəliləyişin olduğunu deməyə şad olardım. Lakin bu irəliləyişə maneə olan məqamları özünün təhlil aparsanız, tapa bilərsiniz. Bu gün hiss etdim ki, həmsədrlər işə olduqca ciddi yanaşırlar. Açıq mətnlə dedilər ki, biz turist deyilik, bizə ciddi danışıqlar lazımdı, çünki biz ciddi ölkələri təmsil edirik. Mən bunu alqışlayıram. Çünki nə qədər bəhanə gətirmək olar? Belə çıxır ki, bu danışıqlar sonsuzluğa qədər davam edəcək? Xeyr! Bu real deyil. Alternativ hamıya məlumdur. Bunu heç kim istəmir. Azərbaycan da istəmir ki, toqquşma baş versin.
Azərbaycan kifayət qədər iqtisadi cəhətdən inkişaf etmiş və iri geostrateji layihələr həyata keçirən ölkədir. Lakin boş söz-söhbətlər heç kimə lazım deyil və buna heç kim dözməyəcək. Bu gün həmsədrlərlə kifayət qədər ciddi söhbətimiz oldu ki, ən azından bir-birimizi aldatmağımız yetər, irəli getmək lazımdır” kimi ifadələr  işlətməsi diplomatik dillə deyilsə, yetərincə sərt və ciddi mesajlardır.  Bax, bu məqamlar Rusiyanı  və ermənistanı narahat edir. Narahat edir ki, Azərbaycanın səbri günün birində bitəcək və işğal altında olan torpaqları hərb yolu ilə azad etməyə qərar verəcək. Rusiyaonu da yaxşı anlayır ki, bu məsələdə xalq ölkə başçısının yanında olacaq və onun bu qərarına tam dəstək verəcək. Rusiyanı narahat edən ən ciddi məqam isə bundan ibarətdir.
Odur ki,  bir neçə gündən sonra  Rusiya XİN başçısı Sergey Lavrovun Bakı və irəvana səfəri nəzərdə tutulub. Bu səfər zamanı digər məsələlərlə yanaşı Qarabağ münaqişəsinin tənzimlənməsi ən ciddi müzakirə olunacaq məsələlər sırasında olacaq. Rusiya maksimim dərəcədə Azərbaycan bölgədə müharibənin alovlanmaması, yəni  aprel döyüşlərinin təkrarlanmamasına, mövcud status-kvonun qorunmasına təminat almağa çalışacaq. Ancaq Azərbaycanın Kremlə belə təminat vercəyinə inanmaq sadəlöhvlük olardı. Təbii ki, rəsmi Bakı bunun müqabilində Kremldən öz təsir mxanizmlərindən istifadə edərək İrəvana təzyiq edərək işağlçılıq siyasətindən əl çəkməsini şərt kimi ortaya qoyacaq. Lakin sonluq necə bitəcək, bu, zamanın işidir.
Ona gör də  nə qədər çətin və mürəkkəb olmasına baxmayaraq  Azərbaycan  münaqişənin həllində danışıqlar masasında mövqeyini möhkəmlətmək üçün alternativlərə əl atmalıdır. Burada siyasi iradə yetərli deyil. Münaqişənin həllində bütün potensial imkanlar, yəni milli iradənin müqavimət gücündən istifadə edilməlidir. Necə ki, bir çox hallarda ermənilər belə variantlardan istifadə edir. Bunun üçün cəmiyyətin aktiv formada prosesə cəlb edilməsinə nail olmaq lazımdır. Cəmiyyətin müqavimət gücündən istifadə etmədən, nə beynəlxalq aləmin, nə də Rusiyanın diqqətini məsələnin ciddiliyinə cəlb edib,  münaqişənin Azərbaycanın maraqlarına uyğun şəkildə həllinə nail olmağa vadar etmək mümkün  olacaq.
Mürtəza Bünyadlı
Gununsesi.info