Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Rusiya ilə Gürcüstan arasında imzalanmış və sonradan yerinə yetirilməyən razılaşmalarla bağlı fikirlərini bölüşüb.
Gununsesi.info bildirir ki, o, bu barədə şəxsi “Facebook” səhifəsində paylaşım edib. Saakaşvili qeyd edib ki, bəzi “ekspertlər” yalnız üç müqavilədən danışır, halbuki Rusiya ilə Gürcüstan arasında pozulan və ya yerinə yetirilməyən daha bir sıra razılaşmalar mövcuddur.
“Bu yaxınlarda bir “ekspert” Natiya Qoqsadze ilə efirdə Rusiyanın Gürcüstanla bağladığı üç müqavilənin hamısını pozduğunu deyib: Georgiyevsk müqaviləsi, 1920-ci illərdə bağlanan müqavilə və 1993-cü il Soçi müqaviləsi.
Hər üç müqavilənin pozulduğu qeyd olunur. Lakin eyni “ekspertlər” daha dörd, ümumilikdə yeddi müqavilənin pozulduğunu, xüsusilə də 1992-ci il Daqomisi müqaviləsini, Qaqranın süqutuna və rusların Qudavti dəhlizini açmasına səbəb olan 1992-ci il Moskva müqaviləsini, eləcə də bütün rus əsgərlərinin Gürcüstan ərazisini tərk etməsini nəzərdə tutan 2008-ci il Saakaşvili–Sarkozi–Medvedev razılaşmasını ya unudurlar, ya da bunlardan xəbərsiz görünürlər.
Bundan başqa, Gürcüstan və İsveçrə arasında 2011-ci ildə Psoyu çayında Gürcüstanın idarə etdiyi gömrük məntəqəsinin yaradılması ilə bağlı razılaşma da var. Bu razılaşma da həyata keçirilməyib.
Ona görə də belə “ekspertlərə” verilişlər arasında bir qədər fasilə verib heç olmasa mövzu ilə bağlı oxumağı, məlumatları yoxlamağı və natamam biliklərini tamaşaçılara çatdırmazdan əvvəl araşdırma aparmağı tövsiyə etmək olar”.
Şəbnəm












