Krım işıqsız qaldı

  • By admin
  • 13 İyun 2018 21:09


Rusiyanın cənub-şərqindəki Tamanda yerləşən elektrik stansiyasında günorta saatlarında qəza baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyi məlumat yayıb.

Qəza səbəbindən Krım və Sevastopola elektrik verilişi dayanıb. Nəticədə 2 milyondan çox insan işıqsız qalıb.

Problem bir neçə saat içində həll edilib.

 

Gununsesi.info