Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə çatır

Venesuelada baş verən dağıdıcı zəlzələlərin fəsadları ağır olaraq qalır. Rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı artmaqda davam edir.

Gununsesi.info xəbər verir ki, Venesuelada baş verən iki güclü zəlzələ nəticəsində ölənlərin sayı 2 min 595 nəfərə çatıb.

Məlumata görə, bu barədə ölkə rəsmisi Rodriges paytaxt Karakasda yerləşən “La Carlota” Hava Bazasında keçirdiyi mətbuat konfransında məlumat verib.

Bildirilir ki, hökumət nümayəndəsi təbii fəlakətin miqyası və ölkədəki mövcud vəziyyətlə bağlı ictimaiyyətə geniş hesabat təqdim edib. Onun sözlərinə görə, xilasetmə əməliyyatları davam etdirilir və ölənlərin sayı ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Gununsesi.info