Krım körpüsünün yeni görüntüləri yayıldı - FOTO

  • By admin
  • 13 Oktyabr 2022 11:16

Amerikanın “Maxar” şirkəti bir müddət əvvəl partlayışlar nəticəsində ciddi ziyan dəymiş Krım körpüsünün peykdən yeni görüntülərini yayımlayıb.

Gununsesi.info Teleqraf.com-a istinadla xəbər verir ki, “Maxar” şirkətinin peyk görüntüləri tviterdə paylaşılıb.

“Krımda çəkilmiş fotolarda körpünün dəmir yolu qolunda, eləcə də yolun avtomobil körpüsünün aşırımının zədələnmiş hissələrində aparılan təmir işləri görünür”, – məlumatda deyilir.

Peyk həmçinin körpüdən keçən nəqliyyat vasitələrini, eləcə də Kerç boğazından yük maşınlarını daşıyan bərəni qeydə alıb.

Məlumat üçün xatırladaq ki, oktyabrın 8-də Krım körpüsünün dəmir yolu qolunda partlayış baş verib, sonra güclü yanğına çevrilib. Nəticədə yol örtüyünün bir hissəsinin körpünün üzərinə çökdüyü məlum olub.

Gununsesi.info