Krımı da geri alacağıq - ZELENİSKİDƏN YENİ BƏYANAT

  • By admin
  • 24 Avqust 2022 14:47

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Rusiyanın işğalına “sona qədər” müqavimət göstərəcəyini bildirib.

Gununsesi.info-nun xəbərinə görə, ölkəsinin müstəqilliyinin 31-ci ildönümündə xalqa müraciət edən Zelenski Rusiyaya güzəştə getməyəcəklərini vurğulayıb.

Zelenski,həmçinin Donbas bölgəsini və ölkənin şərqindəki Krımı geri alacaqlarını bildirib.

Ukraynanın müstəqillik ildönümü qeyd etmələri işğala görə keçmişə nisbətən daha az fəallıqla qeyd olunur. Paytaxt Kiyevdə Rusiyanın hücumu ehtimalı səbəbindən bütün kütləvi tədbirlər qadağan edilib.

Əvvəlki illərdən fərqli olaraq bu il avqustun 24-də Kiyevdə hərbi parad keçirilmir.

Ukrayna hökumətinin nəzarətində olan bütün bölgələrdə də intensiv təhlükəsizlik tədbirləri görülüb.

ABŞ dünən xəbərdarlıq edib ki, Rusiya yaxın günlərdə Ukraynada mülki şəxslərə qarşı hücumları artıracaq və hökumət binalarına hücumlar həyata keçirəcək.

Rusiyanın ilhaq etdiyi Krımda müxtəlif partlayışlar baş verib və Rusiya prezidenti Vladimir Putinin aparıcı tərəfdarlarından biri, politoloq Aleksandr Duqinin qızı Darya Dugina həftə sonu avtomobilinə yerləşdirilən bombanın partlaması nəticəsində dünyasını dəyişib. .

Rusiya Duqinanın ölümündə Ukraynanı ittiham edib.

Ukrayna hökuməti isə Krımdakı partlayışlar və Dugina sui-qəsdi ilə heç bir əlaqəsinin olmadığını bəyan edib.

Gununsesi.info