Kriştianu Ronaldu bütün zamanların ən yaxşı bombardiri seçilib

  • By admin
  • 27 Dekabr 2021 21:43

Portuqaliya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştianu Ronaldu bütün zamanların ən yaxşı bombardiri seçilib.

Gununsesi.info xəbər verir ki, 36 yaşlı hücumçu Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) təsis etdiyi “Globe Soccer Awards” versiyası üzrə bu ada layiq görülüb.

Qeyd edək ki, təcrübəli forvard bu il 40-dan çox qol vurub, həmçinin peşəkar karyerasında 800-cü dəfə fərqlənib.

Gununsesi.info