“Kseniya Sobçak Krım haqqında söylədiyi fikirlərinə görə cəzalandırılmalıdır” - VLADİMİR JİRİNOVSKİ

  • Müəllif: admin
  • 25 Oktyabr 2017 12:36

jirinovski

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bəyan edib ki, Kseniya Sobçak Krım haqqında söylədiyi fikirlərinə görə cəzalandırılmalıdır.

Gununsesi.info-nun trend-ə istinadən verdiyi məlumata görə, partiya sədri daha sonra əlavə edib ki, Sobçak kimi namizədlər ucbatında 2018-ci ilin martında Rusiyada prezident seçkilərində səsvermədə iştirak edənlərin sayı az ola bilər.

Qeyd edək ki, K.Sobçak prezident seçkilərində iştirak dəcəyini bəyan etdiyi ilk mətbuat konfransında bildirmişdi ki, Krım Ukraynanın ərazisidir. O qeyd etmişdi ki, Rusiya-Ukrayna münasibətləri isə yenidən bərpa olunmalıdır.

Gununsesi.info