“KTMT Azərbaycan üçün hansısa təhdid yaratmır” - MM sədrinin birinci müavini

  • By admin
  • 14 Oktyabr 2016 16:32

ziyafat-2

“Söhbət silahların satılmasından gedirsə,  yadınızdadırsa, 1998 -ci ildə Yeltsinin hakimiyyəti dövründə Ermənistana külli miqdarda silahlar satılmışdı və bununla bağlı Azərbaycanın sərt reaksiyası olmuşdu. O vaxt da adını qoymuşdular ki, Rusiyanın Ermənistanla müqaviləsi var”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov Kollektiv Təhlükəsizlik  Müqaviləsi Təşkilatında (KTMT) sədrliyin Ermənistanda olmasının Azərbaycan üçün hansısa təhdid yaradıb-yaratmayacağı məsələsinə münasibətini bildirəkən bildirib.

“Amma bilirsiniz ki, qondarma “DQR”  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  üzvü deyil. Onlar yığışa da, iclas da edə bilərlər, çünki müqavilələri var.  Amma “Dağlıq Qarabağ” o təşkilatın üzvü olmadığından Azərbaycana da qarşı hansısa təhdid ola bilməz”-deyə, Z. Əsgərov deyib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info