Külli miqdarda siqaret aşkarlandı

  • By admin
  • 14 Aprel 2017 10:01

siqaret12

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mersedes Benz C220 CDI” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çənindən və ön panelindən gömrük nəzarətindən gizlədilən 13 000 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilib.

Bunadan başqa Xaşmaz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinin əldə etdiyi əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mersedes Benz 200” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin salonunun döşəməsinin altından gömrük nəzarətindən gizlədilən 4000 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info