Kürəkən  qaynatasını xəstəxanalıq etdi

  • By admin
  • 23 Avqust 2016 10:50

23-08-16 Qaynatasini bicaqladi qazaxda.mpg_snapshot_00.35_[2016.08.23_10.13.40]

 

Xoşagəlməz hadisə Qazaxda baş verib.

Gununsesi.info xəbər verir ki, 27 yaşlı Ağstafa rayon Dağ Kəsəsmən kənd sakini Elgün Kərəmvəliyevin, 44 yaşlı Qazax rayon sakini Cəmaləddin Xudiyevin aralarında yaranan mübahisə bıçaqlanma ilə sona çatıb. Sinəsindən zərbələr alan zərərçəkən dərhal Qazax Diaqnostika Mərkəzinə çatdırılıb. 44 yaşlı rayon sakini tibbi yardım göstərilərək onun həyatını xilas ermək mümükün olub. Tibb ocağından verilən məlumata görə, hazırda yaralının vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı Qazax rayon Polis şöbəsində araşdırma aparılır.

 

Gununsesi.info