RİO-2016-da iştirak edən Azərbaycan yığmasını gətirən təyyarə gecikəcək

  • By admin
  • 23 Avqust 2016 10:55

AZAL1

Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan yığması və nümayəndə heyətini gətirən təyyarə saat 22:20-də Bakıya çatacaq.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bu barədə  Azərbaycan Hava Yolları (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Qeyd edək ki, Rio-de-Janeyroda hava limanında sıxlıq olduğu üçün Azərbaycan yığması və nümayəndə heyətini gətirəcək təyyarənin gecikəcəyi ehtimal edilir.

P. Kəsəmənski qeyd edib ki, Azərbaycan yığması və nümayəndə heyətini gətirəcək təyyarənin bu gün saat 18:20-də Bakıya eniş etməsi gözlənilirdi: “Ancaq sonradan Rio-de-Janeyronun hava limanından təyyarənin gec çıxması səbəbindən 4 saat gecikmə ola bilər. Təyyarənin Bakıya saat 22:20-də çatacağı gözlənilir”.

Gununsesi.info