Kürdə suyun səviyyəsi azalıb

  • By admin
  • 21 Avqust 2017 14:36

kur-araz

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 20-50 və Naxçıvan MR çaylarında isə 70 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Gununsesi.info-ya verdiyi məlumata görə, avqustun 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 79 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 114 m3/s olmaqla ongünlük normanın 93 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 11.0 m3/s olmaqla, ongünlük normanın 16 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 31.0 m3/s təşkil edərək ongünlük normanın 45 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan və Bankə məntəqələrində 2 sm azalma, Salyanda 2 sm artım, Surra və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 352 sm (2016-cı il avqustun 21-də 363 sm), Şirvanda 205 sm, Salyanda 140 sm (2016-cı il avqustun 21-də 137 sm), Bankədə 181 sm (2016-cı il avqustun 21-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 sm (2016-cı il avqustun 21-də 70 sm) təşkil edir.

Anar

Gununsesi.info