Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verdi

  • By admin
  • 10 Oktyabr 2016 09:59

yollllllllllllllllllllllllllllllllll

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun APA-nın yerli bürosuna istinadən xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 54-cü kilometrliyində, Kürdəmir rayonunun Çöl ərəb kəndində qeydə alınıb. Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Qinyaz Əlövsət oğlu Həmidovun idarə etdiyi “VAZ-2106” markalı minik maşını idarəetməsən çıxaraq, aşıb. Nəticədə ağır xəsarət alan sürücü Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info