“Metyu” qasırğası qurbanlarının sayı 1000 nəfərə çatdı

  • By admin
  • 10 Oktyabr 2016 09:45

metyu

Haiti adasında “Metyu” qasırğasının qurbanlarının sayı 1000 nəfərə çatıb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə xəbəri “Reuters” agentliyi yayıb.

Son dəfə ölənlərin sayının 877 nəfər olduğu açıqlanmışdı.  Qasırğa nəticəsində yüzlərlə insanın həyatını itirməsi ilə əlaqədar  ölkədə 3 günlük matəm elan edilib. Təbii fəlakətlə əlaqədar oktyabrın 9-a  təyin edilmiş prezident və parlament seçkiləri  təxirə salınıb.

Dağıdıcı  qasırğadan  sonra Haitidə vəba xəstəliyi sürətlə yayılmağa başlayıb. “Metyu” qasırğası Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır.

Gununsesi.info