Kürd əsilli boksçu alman milyarderin qızı ilə evlənir - VİDEO

  • By admin
  • 27 İyun 2016 16:44

img2123016

 

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaşın təşkilatçılığı ilə keçən ay baş tutan boks yarışında rinqə çıxan İsmayıl Özen alman milyarder Mixael Ottonun qızı ilə nişanlanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yer alıb.
Kürd əsilli boksçu ilə milyarder qızının nişanlanması haqqında məlumat Almaniyanın məşhur BUNT jurnalında yer alıb. Məlumatda cütlüyün bu il evlənəcəyi də qeyd olunub.
Bir müddət əvvəl isə Almaniyanın Bild nəşrində “Milyarder ata nişan istəmir”, “Nişan təxirə salındı”, “Nişan pozuldu” və s. bu kimi başlıqlı xəbərlər yazılmışdı. Sonradan isə bu xəbərlərin yalan məlumat olduğu bildirilmişdi.
Qeyd edək ki, kürd əsilli boksçu keçən ay baş tutan yarışda qalib gəlib. Qalib gəldiyi yarışdan qazandığı pulu isə Cizre, Sur və Yüksekovadakı ehtiyacı olan ailələrə yardım məqsədi ilə bağışlamışdı.
Musavat.com
f64f5b6696b5