“Kurtlar Vadisi Pusu”-nun qəhrəmanı Bakıda “Ol” acaq - ÖZƏL (FOTOLAR)

  • By admin
  • 13 İyun 2016 13:34

Film shekil

 

Sentyabrda “Ol” adlı yeni film ekranlara gələcək. Gununsesi.info xəbər verir ki,  tragikomediya janrında çəkilən filmin rejissoru Namiq Ağayevdir. Çəkilişi paytaxtda reallaşan ekran əsərində, türk aktyoru  məhşur  serial  “Kurtlar Vadisi Pusu” dan  tanıdığımız Tuncər Salman da rol alacaq. 90 dəqiqəlik ekran əsərində  Namiq Ağayev rejissorluqla yanaşı, Fikrət Məmmədov ilə birgə baş rolu da canlandıracaq. İlk premyera isə İstanbulda baş tutacaq.

Filmin premyerasının niyə İstanbulda baş tutması ilə bağlı sualımıza isə rejissor Namiq Ağayevin cavabı belə oldu:

“Bu dəqiqə Azərbaycanda çoxlu film çəkilir. Əksəriyyəti də sentyabrda təqdim ediləcək. Mən basabası sevmirəm. Qoy, bütün filmlərin premyerası keçirilsin, mən filmimi sonra təqdim edəcəm. İstəmirəm onların arasında itib-batsın”.

 

 

Gununsesi.info çəkiliş meydançasından olan kadrları sizə təqdim edir.

 

 

Film shekil 6'

 

Film shekil 1

 

Film shekil 5

 

Film shekil 3

 

 

 

  Sevinc Xeyrulla