“Azərbaycanlılar ölkəmizdə fəallıq göstərirlər” - KURYAÇİ

  • By admin
  • 19 İyun 2017 22:21

 maksim_kuryaci

Ukraynada xarici investorlar üçün əlverişli şərait yaradılıb və Azərbaycan iş adamları bundan çox səmərəli istifadə edirlər.

Gununsesi.info xəbər verir ki, bu fikri Axar.az-a açıqlamasında Ukrayna-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Maksim Kuryaçi deyib.

M.Kuryaçi bildirib ki, Azərbaycan iş adamları xüsusilə sosial layihələrin həyata keçirilməsində fəallıq nümayiş etdirirlər. O bildirib ki, Azərbaycan-Ukrayna dostluğu digər dövlətlər üçün nümunədir və bəzən bu münasibətlərə həsəd aparan ölkələr var.

Deputat qeyd edib ki, Ukrayna dövləti bundan sonra da Azərbaycan investorları üçün əlverişli şərait yaradacaq.

Gununsesi.info